Bank Of Baku

Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiqlənib

Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiqlənib
# 07 iyun 2011 15:56 (UTC +04:00)
Bakı – APA-Economics. Prezident İlham Əliyev Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibi haqqında sərəncam imzalayıb. “APA-Economics”in məlumatına görə, iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan tərəfindən komissiyanın həmsədri təyin olunub. Komissiyaya xarici işlər nazirinin müavini Xələf Xələfov, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov, nəqliyyat nazirinin müavini Musa Pənahov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, kənd təsərrüfatı nazirinin müavini
Aslan Aslanov, təhsil nazirinin müavini Elmar Qasımov, səhiyyə nazirinin müavini
Elsevər Ağayev, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, Azərbaycanın Rumıniyada və eyni zamanda Serbiyada səfiri Eldar Həsənov və Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR