Bank Of Baku

Səfir: Azərbaycanda Böyük Britaniya investisiyalarının həcmi 52%-dir

Səfir: Azərbaycanda Böyük Britaniya investisiyalarının həcmi 52%-dir
# 07 iyun 2011 16:39 (UTC +04:00)
Bakı. Viktoriya Dementiyeva - APA. Azərbaycanda Böyük Britaniya investisiyalarının həcmi 52% təşkil edir. APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolayn Braun XVIII Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgisi-Konfransına (“Caspian Oil & Gas”) həsr olunan ziyafətdə çıxış edərkən deyib.

Səfir heç bir xarici ölkənin Azərbaycandakı investisiyalarının sayının bu rəqəmə yaxın olmadığını bildirib: “Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələr möhkəm və uğurludur”. K.Braun may ayından Bakı-Aberdin aviareysinin fəaliyyətə başladığını da xatırladıb.

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza isə sərgi-konfransın “Cənub dəhlizi” enerji layihəsini reallığa çevirdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR