Bank Of Baku

Azərbaycanda qısamüddətli bank likvidliyinin təmin edilməsi üçün yeni tələbnamənin qəbul edilməsi gözlənilir

Azərbaycanda qısamüddətli bank likvidliyinin təmin edilməsi üçün yeni tələbnamənin qəbul edilməsi gözlənilir
# 09 iyun 2011 08:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) 2011-ci ildə fəaliyyətinin prioritet istiqamətləri maliyyə sabitliyinin qorunması, bank sisteminin maliyyə dayanıqlığının zəruri səviyyədə saxlanılması olacaq. «APA-Economics»in məlumatına görə, bu barədə AMB-nin yeni «Maliyyə sabitliyi icmalı»nda deyilir.

Sənəddə qeyd olunur ki, maliyyə sabitliyinin qorunması tədbirləri başlıca olaraq bank sistemində risklərin çevik və preventiv idarə olunmasına, bank sisteminin tənzimləmə və nəzarət mexanizminin yeni keyfiyyət səviyyəsinə qalxmasına, xüsusən makroprudensial siyasət çərçivəsi və Bazel-III standartları ilə uyğunlaşmasına yönəldiləcək.

İcmalda qeyd edilir ki, post-böhran dövründə pul siyasəti makroprudensial sabitliyə və sistem risklərinin aradan qaldırılmasına istiqamətlənib. AMB-də makroprudensial siyasət çərçivəsinin yaradılması üzrə işlərə artıq başlanılıb, sistem risklərinin qiymətləndirilməsi və onların idarə edilməsi üçün çərçivənin müəyyənləşdirilməsi işləri davam etdirilir.

Qeyd edək ki, makroprudensial siyasət sistem risklərinin minimallaşdırılmasına yönəlmiş preventiv tədbirlər kompleksidir. Sistem riskləri isə bütün maliyyə sisteminin və ya onun hər hansı bir hissəsinin vəziyyətinin pisləşməsi şəraitində maliyyə xidmətlərinin göstərilməsində yaranan problemlər və real iqtisadiyyat üçün neqativ nəticələr yaradan risk kimi müəyyən edilir.

Hazırda Mərkəzi Bankda sistem risklərini qiymətləndirən və onların idarə edilməsi üçün çərçivə müəyyənləşdirən makroprudensial nəzarətin yaradılması işləri davam etdirilir. Bu istiqamətdə normativ və metodoloji baza yaradılır və bu çərçivə ayrı-ayrı bankların deyil, bank qrupu və ya bütün sistemin sistem risklərinə diqqəti cəmləyən makroprudensial siyasət çərçivəsinin yaradılmasını özündə birləşdirir. Bankların sistem əhəmiyyətli banklar qrupuna aid edilməsi məqsədi ilə AMB-nin daxili meyarları müəyyənləşdirilib, qısamüddətli likvidliyin tam təmin edilməsi məqsədi ilə yeni normativin qəbul edilməsi nəzərdə tutulub.

AMB-nin 2011-ci il üzrə pul-kredit siyasəti çərçivəsinə əlavə etdiyi yeni kontr-tsiklik siyasət və onun əsasında formalaşdırılan ehtiyatlanma siyasəti modelinin istifadə mümkünlüyü müzakirə edilir. Belə ki, bank sistemində hazırda statistik ehtiyatlanma modeli tətbiq edilir ki, onun əsasında aktivlərin təsnifatından asılı olaraq ehtiyatlar yaradılır. Yeni modeldə iqtisadi tsikllərə uyğun olaraq ehtiyatların yaradılması nəzərə alınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR