Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, aprel ayında xarici öhdəliklər üzrə 28 mln. manat və ya 1,1% azalma baş verib, lakin əvvəlki üç ayın artım tendensiyası nəticəsində yekunda yanvar-aprel aylarında 32,8 mln. manat və ya 1,3% artım müşahidə olunub:
Qeyd edək ki, kommersiya banklarının xaricdən maliyyə vəsaitləri cəlb etməsi son vaxtlar müəyyən dərəcədə azalıb. Belə ki, bu göstəricinin artım tempi böhrandan əvvəlki dövrlə müqayisədə kəskin azalıb. Belə ki, 2008-ci ildə xarici öhdəliklərin artım tempi 2,1 dəfə olduğu halda, 2009-cu ildə böhran səbəbindən xarici maliyyə bazarlarında likvidlik çatışmazlığı səbəbindən 5,7%-ə kimi azalıb, 2010-cu ildə isə artım tendensiyası bərpa olunsa da, böhrandan əvvəlki templər hələ də müşahidə olunmur.
Bununla yanaşı, bankların məcmu xarici aktivlərinin həcmi 2011-ci il mayın 1-nə 1 827,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 309,5 mln. manat və ya 20,4%, ilin əvvəlindən isə 135,9 mln. manat və ya 8% çoxdur.