Bank Of Baku

«AFB Bank» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub

«AFB Bank» daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulub
# 09 iyun 2011 14:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Ecopnomics. Azərbaycanın «AFB Bank» ASC «Caspian Money Transfer» beynəlxalq təcili pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bankın müştəriləri bu sistem vasitəsi ilə ölkənin istənilən şəhər və rayonuna pul göndərə və ala bilərlər.

Qeyd edək ki, Azərbaycanın ilk beynəlxalq pulköçürmə sistemi olan «Caspian Money Transfer» 2006-cı ildə yaradılıb. Bu sistemin xidmətlərindən həmçinin Rusiya, Ukrayna, Moldova, Tacikistan, Gürcüstan, Türkiyə, BƏƏ və digər ölkələrin bir çox bankları istifadə edir.

Xatırladaq ki, «AFB Bank» ASC-yə bank fəaliyyəti ilə bağlı lisenziya Azərbaycan Mərkəzi Bankı tərəfindən 2008-ci il noyabrın 30-da verilib, 2009-cu ilin fevral ayından isə bank rəsmən fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR