Bank Of Baku

Azərbaycanda pul kütləsi 23% artıb

Azərbaycanda pul kütləsi 23% artıb
# 10 iyun 2011 07:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2011-ci ilin mayın 1-nə 10 760,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,2% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-aprel aylarında pul kütləsi 2,2% artıb.

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 28,8% artaraq 8 176,4 mln. manata çatıb:

(mln. AZN)

 

01.05.2010

01.01.2011

01.05.2011

M0 (nağd pullar)

4 434,3

5 455,8

5 457,8

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

5 337,5

6 718,9

6714,2

M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

6 347,7

8 297,5

8176,4

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

8 735,5

10527,5

10760,6



Cari ilin mayın 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 66,8% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,1 faiz bəndi azdır.

Qeyd edək ki, nağd vəsaitlərin xüsusi çəkisinin azalması makroiqtisadi və ödəmə sistemlərinin inkişafı baxımından müsbət haldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR