Bank Of Baku

«Qafqaz Leasing» nizamnamə kapitalını artırır

«Qafqaz Leasing» nizamnamə kapitalını artırır
# 10 iyun 2011 11:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Qafqaz Leasing» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 200 ədəd, emissiyanın ümumi həcmi isə 1,2 mln. manat təşkil edir.

QKDK mütəxəssislərinin fikrincə, «Qafqaz Leasing»in yaxın vaxtlarda yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə başa çatdıqdan sonra şirkətin nizamnamə kapitalı 42,4% artaraq 4,028 mln. manata çatacaq.

Xatırladaq ki, «Qafqaz Leasing» şirkəti 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 2,828 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR