Bank Of Baku

Dmitri Medvedev: “ÜTT-yə üzv olmaq üçün Rusiyadan böyük güzəştlər tələb olunur”

Dmitri Medvedev: “ÜTT-yə üzv olmaq üçün Rusiyadan böyük güzəştlər tələb olunur”
# 17 iyun 2011 14:23 (UTC +04:00)
Bakı - APA-Economics. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün Rusiyadan böyük güzəştlər tələb olunur. “APA-Economics”in xəbərinə görə, bu bəyanatla Rusiya prezidenti Dmitri Medvedev Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda çıxış edib.

Onun sözlərinə görə, Rusiya bu ilin sonuna qədər ÜTT-yə üzv ola bilər: “Təbii ki, məsələni çox siyasiləşdirməsələr və siyasi oyunlar başlamasa”.

D.Medvedev qeyd edib ki, Rusiya digər ölkələrlə müqayisədə ÜTT-yə üzv olmaq üçün çoxdan hazırdır: “Lakin hər dəfə ölkəmizə qarşı yeni şərtlər irəli sürülür. Bu cür yanaşma qəbuledilməzdir və Rusiya qeyri-məqbul şərtləri qəbul etmək niyyətində deyil”.

Qeyd edək ki, beynəlxalq ticarətin liberallaşdırılması və üzv ölkələrin siyasi-ticari münasibətlərinin tənzimlənməsi üçün yaradılan ÜTT hazırda 153 ölkəni özündə birləşdirir. Rusiyanın ÜTT-yə üzvlüyü üçün onların hər birinin razılığı tələb olunur. Bu səbəbdən Gürcüstanın vetosu Rusiyanın ÜTT-yə üzvlüyünü əngəlləyir. Rəsmi Tiflisin irəli sürdüyü əsas şərt isə Gürcüstanın tanınmamış Cənubi Osetiya və Abxaziya respublikalarında gömrük məntəqələrinə tam nəzarətə sahib olmaqdan ibarətdir. Moskva bu şərtə razılıq verməyəcəyi müddətdə Gürcüstan da Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə maneələr yaradacaq.

Adətən, hansısa ölkənin ÜTT-yə üzvlüyü ilə bağlı danışıqlar 5-7 il çəksə də, Rusiya bu sahədə rekord göstəriciyə imza atıb - 17 il. Hazırda Rusiya bu beynəlxalq təşkilata üzv olmayan yeganə nəhəng iqtisadiyyatlı ölkədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR