Bank Of Baku

Azərbaycanın əsas kapitalına yatırılmış xarici sərmayə son bir ildə 21% artıb

Azərbaycanın əsas kapitalına yatırılmış xarici sərmayə son bir ildə 21% artıb
# 17 iyun 2011 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 821,6 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 20,7% artıb.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən cari ilin əvvəlindən əsas kapitala yönəldilmiş xarici vəsaitin 756,8 mln. manatı (92,1%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreya investorlarına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR