Bank Of Baku

BVF dünya iqtisadiyyatının artım proqnozunu azaldıb

BVF dünya iqtisadiyyatının artım proqnozunu azaldıb
# 18 iyun 2011 08:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yaponiya və ABŞ-da iqtisadi artımın azalması səbəbindən dünya iqtisadiyyatında qeyri-tarazlı bərpa prosesi müşahidə olunur. Bu səbəbdən qlobal iqtisadiyyatın artım templərini saxlamaq üçün əlavə səylər tələb olunacaq. «APA-Economics»in www.k2kapital.com portalına istinadən xəbər verdiyi kimi, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) analitik mərkəzinin məlumatında deyilir.

BVF məruzəsində həmçinin deyilir ki, dünya iqtisadiyyatının 2011-ci ildəki artım tempi üzrə proqnoz 4,4%-dən 4,3%-dək endirilib. Qeyd edək ki, 4,4%-lik proqnozla BVF aprelin hesabatında çıxış edib. Eyni zamanda, gələn il üçün proqnoz dəyişməz qalaraq 4,5% səviyyəsində saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR