Bank Of Baku

Azərbaycan əhalisi istehlak xərclərini 9% artırıb

Azərbaycan əhalisi istehlak xərclərini 9% artırıb
# 18 iyun 2011 10:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın ticarət və xidmət şəbəkələrində əhaliyə 8,1 mlrd. manatlıq və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 9,4% çox istehlak malları satılıb və pullu xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunub. Belə ki, hər bir ölkə sakini orta hesabla ayda 179,7 manatlıq müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.

«İstehlak bazarı üzrə real artımın 73,5%-i pərakəndə ticarət, 4%-i iaşə fəaliyyəti, 22,5%-i isə əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilib», - deyə Komitədən bildirilib.

Eyni zamanda, hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə əhaliyə 2,3 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 7% çox istehlak malları satılıb və pullu xidmətlər göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR