Bank Of Baku

Rusiya Belarusa ayırdığı krediti geri ala bilər

Rusiya Belarusa ayırdığı krediti geri ala bilər
# 18 iyun 2011 12:21 (UTC +04:00)
Bakı – APA. Rusiya İqtisadi İnkişaf Nazirliyi RF ilə Belarus arasında kredit əməkdaşlığının yenidən baxılması təşəbbüsü ilə çıxış edə bilər. Bu, rəsmi Minskin ölkəyə mal idxalının məhdudlaşdırılması ilə bağlı mümkün qərarın qəbulundan sonra baş verə bilər.

APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, bir qədər öncə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkədə maliyyə böhranı dərinləşəcəyi təqdirdə rəsmi Minsk idxalı tamamilə dayandıra və sərhədləri bağlaya bilər.

Qeyd edək ki, iyun ayında Avrasiya İqtisadi Şurasının xətti ilə maliyyə böhranı ilə mübarizənin aparılması üçün Belarusa 3 mlrd. dollar həcmində kredit xəttinin açılmasına dair saziş imzalanıb. Şuranın maliyyə məsrəfləri isə əsasən Rusiya tərəfindən maliyyələşdirilir. İlk tranşın (800 mln. dollar) artıq bu ay ərzində ayrılması planlaşdırılır. Bununla yanaşı, Minsk kreditin alınması üçün Beynəlxalq Valyuta Fonduna müraciət edib. Maliyyə yardımının təqdim edilməsinin əsas şərtləri isə iqtisadi islahatların aparılması və özəlləşdirmənin sürətləndirilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR