Bank Of Baku

Azərbaycan Hesablama Palatasının nümayəndələri beynəlxalq seminarda iştirak ediblər

Azərbaycan Hesablama Palatasının nümayəndələri beynəlxalq seminarda iştirak ediblər
# 18 iyun 2011 12:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Azərbaycan Hesablama Palatasının nümayəndə heyəti Tallində (Estoniya) Ali Audit Qurumlarının (AAQ) Beynəlxalq Standartlarının (ISSAI) tətbiqinə həsr edilmiş seminarda iştirak edib.

Palatadan «APA-ECONOMICS»ə verilən məlumata görə, AAQ-ların rəhbər şəxsləri üçün nəzərdə tutulmuş seminar Beynəlxalq Standartlar barədə qlobal, regional və milli səviyyədə məlumatlılığı artırmaq məqsədi daşıyıb.

Seminarda bildirilib ki, bu standartların tətbiq edilməsi ilk növbədə onun məzmununun anlaşılmasını və qəbul olunmasını tələb edir. Tədbirdə xüsusi vurğulanıb ki, bu standartlar və onunla bağlı tövsiyələr AAQ-ların cari fəaliyyətinə böyük fayda verəcək.

Seminarda bu sahədə Estoniya, İsveç, Rusiya və Rumıniya AAQ-larının təcrübələrinə dair məruzələr də dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR