Bank Of Baku

«Azərsu» ASC beynəlxalq mühasibatlıq standartlarına keçəcək

«Azərsu» ASC beynəlxalq mühasibatlıq standartlarına keçəcək
# 18 iyun 2011 13:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan hökuməti və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD, Dünya Bankı qrupunun üzvü) tərəfindən birgə həyata keçirilən «Milli su təchizatı və kanalizasiya xidmətləri Layihəsi» çərçivəsində «Azərsu» ASC-də maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunlaşdırılması və müvafiq proqram təminatının tətbiqi nəzərdə tutulur. «APA-Economics»in məlumatına görə, bu işlərin həyata keçirilməsi üçün «Azərsu» nəzərdə tutulan xidmətlərin həyata keçirilməsində maraqlı olan müvafiq məsləhətçi şirkətləri maraq ifadəsinə dəvət edir.

Qeyd edək ki, tapşırığın əsas məqsədi ASC-nin hazırkı uçot sisteminin qiymətləndirilməsindən MHBS-ə keçidlə bağlı bütün işləri əhatə edir.

Maraqlarını ifadə etmək istəyən şirkətlər 2011-ci il iyunun 30-dək «Azərsu» ASC-nin beynəlxalq layihələrin təminatı şöbəsinə müraciət etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR