Bank Of Baku

Azərbaycana göndərilən pul transfertləri 40% artıb

Azərbaycana göndərilən pul transfertləri 40% artıb
# 18 iyun 2011 15:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2011-ci ilin I rübü ərzində 629,5 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 385,5 mln. dollarını və ya 61,2%-ni ölkəyə daxilolmalar, 244 mln. manatını və ya 38,8%-ni isə ölkədən həyata keçirilən transfertlər təşkil edib.

Cari transfertlər üzrə ümumi daxilolmaların 95,3%-i xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 1,9%-i ölkəyə gətirilən humanitar mallar, 2,8%-i isə digər daxilolmaların payına düşüb.

Bütövlükdə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 141,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin I rübünə nisbətən 1,9 dəfə çoxdur. Qeyd edək ki, ölkəyə daxil olan transfertlərin həcmi 39,7%, ölkədən çıxan transfertlər isə 20,6% artıb. Nəticədə, saldonun artımı ölkəyə transfertlərin artımı ilə bağlıdır. Bu isə öz növbəsində 2009-2010-cu illərdə xaricdən Azərbaycan göndərilən vəsaitin azalması tendensiyasının sona çatması və belə transfertlərin bərpa olunduğunu əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR