Bank Of Baku

Rusiyada MDB ölkələrinin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib

Rusiyada MDB ölkələrinin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
# 18 iyun 2011 16:07 (UTC +04:00)
Bakı – APA. İrkutskda (Rusiya) MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 53-cü iclası keçirilib. APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

İclasda Şuranın 52-ci iclasında qəbul olunmuş qərarların icra vəziyyəti haqqında məlumat verilib. Daha sonra 2015-ci ilədək müddətdə Rusiya Gömrük Akademiyasının bazası əsasında MDB ölkələrinin gömrük xidmətləri üçün kadrların hazırlanması barədə konsepsiya təsdiq edilib və müzakirə üçün Şuranın növbəti iclasına çıxarılacaq.

Toplantıda Şuranın işindəki fəal iştirakına görə və MDB-nin yaradılmasının 20 illiyi münasibətilə A.Əliyev «MDB iştirakçı dövlətlərin gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə» döş nişanı ilə təltif edilib.

Qeyd edək ki, A.Əliyev iclas çərçivəsində Moldova və Ukrayna gömrük xidmətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib, gömrük işi sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR