Bank Of Baku

Dünya Bankı Azərbaycana investisiyalarını azaldıb

Dünya Bankı Azərbaycana investisiyalarını azaldıb
# 18 iyun 2011 16:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Dünya Bankı (DB) tərəfindən Azərbaycanın əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 37 412,8 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, DB tərəfindən yatırılan investisiyanın həcmi əvvəlki ilin analoji aylarına nisbətən 2,1% və ya 800,8 min manat azalıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində DB-nın investisiyalarının xüsusi çəkisi 4,6% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Hazırda Bankın Azərbaycanda 18 layihə üzrə aktiv portfeli 2,2 mlrd. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR