Bank Of Baku

«Deka Bank» bu il istehlak kreditləşməsini 70% artırıb

«Deka Bank» bu il istehlak kreditləşməsini 70% artırıb
# 20 iyun 2011 07:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Deka Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il iyun ayının 1-nə 42,408 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə nisbətən 3,7% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 49% azalaraq 8,793 mln. manat, o cümlədən əhalinin əmanətləri 30% azalaraq 7,942 mln. manat olub. Həmçinin, bankın kredit portfeli 0,8% artaraq 38,935 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 67% artaraq 18,892 mln. manat təşkil edib.

Hesabat dövründə bankın məcmu kapitalı 15% artaraq 16,181 mln. manat, o cümlədən nizamnamə kapitalı 7,9% artaraq 13,417 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında bankın əldə etdiyi gəlirlər 3,8 mln. manat, xərcləri isə 1,441 mln. manat təşkil edib. Nəticədə, bu ilin ilk 5 ayında bankın mənfəəti 2,359 mln. manat olub.

Xatırladaq ki, «Deka Bank» ASC 1992-cu ildə fəaliyyətə başlayıb. Cari ilin iyunun 1-nə bankın 7 filialı, 1 bankomatı, 17 POS-terminalı və 91 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR