Bank Of Baku

«Turanbank» xaricdən yeni kredit cəlb edib

«Turanbank» xaricdən yeni kredit cəlb edib
# 20 iyun 2011 08:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «TuranBank» ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasından (ICD) 3 mln. ABŞ dolları həcmində növbəti kredit cəlb edib. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Nazim Sadıqov bildirib.

N.Sadıqovun sözlərinə görə, kredit xətti 1 il güzəşt müddəti olmaqla 6 ilə cəlb edilib. Kredit xətti üzrə 1 nəfərə düşən kreditin həcmi minimum 100 min, maksimum 2 mln. dollar ola bilər. Kreditlər şəriət qaydalarına uyğun Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün nəzərdə tutulan layihələrin maliyyələşdirilməsinə sərf ediləcək.

N.Sadıqov bildirib ki, ICD tərəfindən «Turanbank»a ayrılmış ilk kredit xəttinin həcmi 1 mln. dollar olub və kreditin istifadəsi şəriət qanunlarına əsaslandığına görə bankın əməkdaşları Azərbaycanda və bir sıra xarici ölkələrdə bu istiqamətdə xüsusi treninqlər keçiblər. Bank artıq iki layihənin (tikinti və mətbəə sahələri) icrasını maliyyələşdirib.

Qeyd edək ki, bank ICD ilə əməkdaşlığa 2007-ci ildə başlayıb.

Xatırladaq ki, təsisçisi 5 hüquqi və 21 fiziki şəxs olan «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyunun 1-nə bankın nizamnamə kapitalı 22 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR