Bank Of Baku

İspaniyanın baş naziri: “Avropadakı böhranın səbəbi iqtisadiyyatların həddən artıq azad olmasındadır”

İspaniyanın baş naziri: “Avropadakı böhranın səbəbi iqtisadiyyatların həddən artıq azad olmasındadır”
# 20 iyun 2011 08:17 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstan, İrlandiya və Portuqaliyanın dövlət borcu ilə əlaqədar yaranmış böhran iqtisadi məhdudiyyətlərin yoxluğu nəticəsində meydana çıxıb. “APA-Economics”in xəbərinə görə, bu bəyanatla İspaniyanın baş naziri Xose Luis Rodriqes Sapatero Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda çıxış edib.

“Biz iqtisadiyyatın özünütənzimləyən olmasına imkan verdik” - deyən baş nazir bildirib ki, Avropa hazırda sınaq qarşısındadır: “Avropa bu üç ölkənin borc probleminin həlli ilə bağlı vahid mövqedən çıxış edərək, ona misli görünməmiş formada cavab verəcəkmi?”

X.Sapatero hesab edir ki, söhbət avronun valyuta kimi böhranından yox, bəzi ölkələrin borc böhranından getməlidir: “Ümid edirəm ki, gələn həftə Avropa İttifaqı Yunanıstan, avrozona və dünya iqtisadiyyatı üçün gözlənilən cavabı verəcək. Əgər avrozona ölkələri növbəti dəfə Yunanıstana kömək etməyə razılaşsalar, bu, artıq siyasi öhdəlik olacaq”.

İspaniyanın hökumət başçısı növbəti qlobal böhranın qarşısını almaq üçün maliyyə institutları sisteminin sərt tənzimlənməsinin tərəfdarı olduğunu vurğulayıb: “İqtisadiyyatlar təkcə kreditlər əsasında deyil, həm də istehsal əsasında artmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR