Bank Of Baku

Azərbaycanın gömrük orqanları mayda dövlət büdcəsinə ödənişləri 19% artırıb

Azərbaycanın gömrük orqanları mayda dövlət büdcəsinə ödənişləri 19% artırıb
# 20 iyun 2011 09:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə 2011-ci ilin may ayında dövlət büdcəsinə 101,021 mln. manat həcmində vəsait köçürülüb. Bu, apreldə büdcəyə köçürülən vəsaitə nisbətən 0,8%, ötən ilin may ayına nisbətən isə 18,7% artıqdır.

DGK-dən «APA-Economics»ə verilən məlumata görə, ötən ay büdcəyə gömrük rüsumları kimi 18,211 mln. manat, ƏDV kimi 75,458 mln. manat köçürülüb. Mayda aksizlər üzrə 6,361 mln. manat, yol vergiləri üzrə isə 0,990 mln. manat toplanılıb. Aprel ayı ilə müqayisədə toplanan gömrük rüsumlarının həcmi 20% azalıb, ƏDV üzrə yığım 6,1%, aksizlər üzrə 18,3%, yol vergiləri üzrə isə 1,1% artıb.

Ümumilikdə, bu ilin yanvar-may aylarında gömrük orqanları büdcəyə 441,811 mln. manat vəsait köçürüb. Komitədən bildirilib ki, bundan 90,693 mln. manat gömrük rüsumları, 325,199 mln. manat ƏDV-nin, 21,377 mln. manat aksizlər, 4,543 mln. manat isə yol vergisinin payına düşüb.

Qeyd edək ki, ilk 5 ayda büdcəyə köçürülən vəsaitin həcimi ötən ilin eyni dövrü ilə müqayisədə 13,1% artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR