Bank Of Baku

Azərbaycan bank sistemində xarici borcların nisbi göstəriciləri azalıb

Azərbaycan bank sistemində xarici borcların nisbi göstəriciləri azalıb
# 20 iyun 2011 10:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının ümumi xarici borclarının məcmu öhdəliklərə nisbəti 2011-ci ilin mayın 1-nə 23,8% təşkil edib. «APA-Economics»in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, aprel ayında bu göstərici 0,5 faiz bəndi azalıb.

Xatırladaq ki, mayın 1-nə bankların xarici öhdəlikləri 2,503 mlrd. manat, məcmu öhdəlikləri isə 10,539 mlrd. manat təşkil edib.

Eyni zamanda, bankların xarici öhdəliklərinin aktivlərə nisbəti 19,6% təşkil edib ki, bu da aprelin 1-nə olan göstəriciyə nisbətən 0,4 faiz bəndi azdır.

«Ekonomist» analitik jurnalının ekspertlərinin «APA-Economics»ə verdiyi məlumata görə, xarici öhdəliklər üzrə nisbi göstəricilərin azalması bir mənalı olaraq müsbət haldır və aprel ayı ərzində onların azalması, aktivlərin və məcmu öhdəliklərin isə artması ilə bağlı olub.

«Qeyd edək ki, xarici öhdəliklərin həcm və nisbətinin yüksək olması bank sisteminin xarici maliyyə bazarları və bank sistemlərindən asılılığını artırır və daxili maliyyə sistemi üçün ciddi təhlükələr yaradır. Azərbaycanda bu sahədə vəziyyət sağlam hesab oluna bilər, çünki xarici öhdəliklərin aktivlərə olan nisbəti yalnız 20%-ə yaxındır ki, bu da dünya praktikasında məqbul göstərici kimi qiymətləndirilir», - deyə «Ekonomist»in ekspertləri bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR