Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 23% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 23% artıb
# 20 iyun 2011 12:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 132 ölkəsi ilə 14 072,828 mln. ABŞ dolları həcmində ticarət əməliyyatı aparıblar. Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrünə nisbətən ticarət dövriyyəsi 32,98% artıb.

Ticarət əməliyyatlarının 3 489,684 mln. dolları idxalın, 10 583,144 mln. dolları isə ixracın payına düşüb və müsbət saldo 7 093,456 mln. dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal 45,06%, ixrac 29,43%, müsbət saldo isə 22,83% artıb.

Hesabat dövründə xarici iqtisadi fəaliyyətlə 4 794 şəxs məşğul olub. Bunlardan 2 057-si fiziki şəxs, 2 737-si isə hüquqi şəxsdir. Hüquqi şəxslərin 219-u dövlət, 2 518-i qeyri-dövlət hüquqi şəxsləridir.

Komitənin məlumatına görə, ixracın 95,53%-i dövlət, 4,16%-i özəl sektorun və cəmi 0,31%-i fiziki şəxslərin payına düşüb. İdxalın strukturunda isə bu göstəricilər müvafiq olaraq 36,02%, 59,21% və 4,77% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR