Bank Of Baku

«Alfa Sığorta»nın Direktorlar Şurasının sədri istefa verib

«Alfa Sığorta»nın Direktorlar Şurasının sədri istefa verib
# 20 iyun 2011 12:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» şirkətinin Direktorlar Şurasının sədri Xəyal Məmmədxanlı tutduğu vəzifədən istefa verib. Bu barədə «APA-Economics»ə X.Məmmədxanlının özü məlumat verib.

X.Məmmədxanlının sözlərinə görə, müstəqil iş fəaliyyətini inkişaf etdirmək məqsədilə o, iyunun 20-dən istefa verib: «Öz fəaliyyətimi müstəqil olaraq yaradıcısı olduğum «Consultant» sığorta tədris və konsaltinq mərkəzində davam etdirəcəm».

«Texnikabank»ın Müşahidə Şurasının sədri Etibar Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, X.Məmmədxanlı şirkətin Direktorlar Şurasının sədri vəzifəsindən öz xahişi ilə uzaqlaşıb və həmin vəzifəyə hələ yeni təyinat olmayıb.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin cari ilin yanvar-may aylarında topladığı sığorta haqlarının həcmi 1,547 mln. manat, sığorta ödənişləri isə 0,146 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR