Bank Of Baku

«Kapital Bank» telefon məlumat sistemini yeniləyib

«Kapital Bank» telefon məlumat sistemini yeniləyib
# 20 iyun 2011 13:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC müştərilərin banka müraciət imkanlarının genişləndirilməsi, onları maraqlandıran sualların operativ cavablandırılması məqsədilə 196 nömrəli Müştəri Xidmətini yeniləyib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni sistem texniki göstəricilərinə görə telefon məlumat xidmətinin yüksək səviyyədə təşkili üçün geniş imkanlar yaradır. Qeyri-adi intellektual platformaya malik sistem fasiləsiz xidmət göstərir, çoxlu sayda zəngləri eyni vaxtda qəbul edə bilir və heç bir zəngi cavabsız qoymur.

Azərbaycan, rus və ingilis dillərində işləyən məlumat xidməti bəzi zənglərin operator olmadan avtomatik rejimdə cavablandırılması üçün universal sistemə malikdir. Belə ki, zəng edən şəxslə telefon mərkəzi arasında interaktiv əlaqə yaradılır.

Zəng edən müvafiq düymələri seçməklə «Kapital Bank»ın təklif etdiyi xidmətlər, məhsullar, həmçinin bankın keçirdiyi kampaniyalar haqqında ətraflı məlumat ala, yaxud operatorla bağlanıb suallarını ona ünvanlaya bilər.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «PAŞA Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 88 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR