Bank Of Baku

İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini azaldıb

İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini azaldıb
# 20 iyun 2011 13:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində İslam İnkişaf Bankı (IDB) tərəfindən Azərbaycanın əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 1 420,2 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, IDB tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 34,7% azalıb. Hesabat aylarında xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın strukturunda IDB-nin investisiyalarının xüsusi çəkisi 0,2% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Bu müddət ərzində Bankla Azərbaycan arasında 13 layihə üzrə ümumi həcmi 604,1 mln. ABŞ dolları olan 15 kredit sazişi imzalanıb, bunlardan 8 layihənin icrası başa çatıb, 5 layihənin icrası isə davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR