Bank Of Baku

«DəmirBank» risklərin idarə edilməsi işini təkmilləşdirir

«DəmirBank» risklərin idarə edilməsi işini təkmilləşdirir
# 21 iyun 2011 13:31 (UTC +04:00)
Bak. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında mart ayında imzalanmış müqaviləyə əsasən risklərin idarə edilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə yeni irimiqyaslı layihənin icrasına başlanılıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, layihənin ilkin mərhələsində bankda risklərin idarə edilməsi sahəsi üzrə diaqnostika aparılıb. Diaqnostikanın yekununda İdarə Heyəti və aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə təqdimat keçirilib.

Layihə çərçivəsində Bazel II-yə uyğun olaraq bankın risklərin idarə edilməsi siyasəti, qayda, prosedura, təlimat və metodologiyaları, eləcə də daxili siyasət və komitə əsasnamələri təkmilləşdiriləcək, səlahiyyət bölgüsünə dair strategiya hazırlanacaq, bu sahədə dünyada mövcud olan ən qabaqcıl təcrübədən istifadə ediləcək.

Qeyd edək ki, bankda kredit risklərinin idarə edilməsi sahəsində istifadə olunan parametrlərin (PD, LGD, EAD) müəyyənləşdirilməsinə dair daxili yanaşma hazırlanacaq və tətbiq ediləcək. Əməliyyat risklərinin idarə edilməsi sahəsində Əsas Risk İndikatorları təkmilləşdiriləcək, həmçinin Risk və Nəzarət özünüqiymətləndirmə (RCSA) sistemi tətbiq olunacaq. Həmçinin, Basel II prinsiplərinə uyğun olaraq Daxili Kapital Adekvatlığının Qiymətləndirilməsi Prosesinə (ICAAP) dair daxili yanaşma hazırlanacaq və tətbiq olunacaq.

Qeyd edək ki, «DəmirBank»da son illər ərzində risklərin idarə edilməsi üzrə müxtəlif siyasət, qayda, prosedura, təlimat və metodologiyalar hazırlanıb və tətbiq edilib. Bankda kredit, bazar və əməliyyat risklərinin idarə edilməsi üzrə müxtəlif təhlillər və qabaqcıl modellər tətbiq edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR