Bank Of Baku

«Turan Leasing»in yeni fəaliyyət strategiyası hazırlanır

«Turan Leasing»in yeni fəaliyyət strategiyası hazırlanır
# 21 iyun 2011 13:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanın «Turan Leasing» şirkətinin fəaliyyəti ilə bağlı yeni strategiyanın layihəsi hazırlanacaq. Artıq sənədin işlənməsinə başlanılıb. Bunu «APA-Economics»ə açıqlamasında «Turanbank»ın Müşahidə Şurasının sədri Fuad Musayev bildirib.

F.Musayevin sözlərinə görə, artıq «Turan Leasing» şirkətinin inkişafı və kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi ilə bağlı ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə (USAID) əməkdaşlıq müqaviləsi də imzalanıb. «Dövlətin regionların sosial-iqtisadi inkişaf ilə bağlı müvafiq proqramını nəzərə alaraq, hazırda hansı sahənin maliyyələşdirilməsi və «Turan Leasing» tərəfindən hansı növ kənd təsərrüfatı texnikasının ölkəyə gətirilməsi istiqamətində iş aparacağı ilə bağlı dəqiqləşdirmələr aparılır. Buna baxmayaraq, Azərbaycanda mövcud lizinq şirkətlərinin göstərdiyi xidmətlər və məhsullar «Turan Leasing» tərəfindən də təqdim edilir», - deyə F.Musayev bildirib.

Qeyd edək ki, təsisçisi «Turanbank» ASC olan «Turan Leasing» şirkəti 2006-cı ildə yaradılıb. Hazırda şirkətin lizinq portfeli 0,5 mln. manat, nizamnamə kapitalı isə 100 min manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR