Bank Of Baku

Azərbaycan Polşada keçirilən Beynəlxalq Lizinq Qurultayında iştirak edib

Azərbaycan Polşada keçirilən Beynəlxalq Lizinq Qurultayında iştirak edib
# 21 iyun 2011 13:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) Varşavada (Polşa) keçirilən 29-cu Beynəlxalq Lizinq Qurultayında iştirak edib.

ALŞA-dan «APA-Economics»ə verilən məlumata görə, «Euromoney Seminars» tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycanı ALŞA-nın sədri Elçin Əhmədov təmsil edib. Müxtəlif dövlətlərin nümayəndələri ilə keçirilən görüşlərdə E.Əhmədov Azərbaycanın lizinq bazarı haqqında ətraflı məlumat verib, bazarın investisiya cəlbediciliyi haqqında danışıb.

Qeyd edək ki, hər il keçirilən Beynəlxalq Lizinq Qurultayı lizinq peşəkarları üçün qlobal miqyaslı tədbir hesab olunur. Builki qurultayda lizinq şirkətlərinin rəhbərləri, hüquq və maliyyə mütəxəssisləri, beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

Qurultayda lizinq bazarının müasir durumu, yeniliklər və problemlər müzakirə edilib.

«Euromoney Institutional Investor» ASC-nin tərkib hissəsi olan «Euromoney Seminars» beynəlxalq səviyyəli seminar və konfransların təşkili üzrə ixtisaslaşıb.

Xatırladaq ki, ALŞA 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR