Bank Of Baku

«Bank Standard» plastik kart sahiblərinə yeni endirimlər təqdim edib

«Bank Standard» plastik kart sahiblərinə yeni endirimlər təqdim edib
# 21 iyun 2011 15:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC «MasterCard» beynəlxalq ödəniş sisteminə aid olan plastik kartların sahiblərinə İstanbulun (Türkiyə) məşhur mağaza, butik və ticarət mərkəzlərində mövcud endirimləri təqdim edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, həmin mağaza və mərkəzlərin siyahısına «Ballenciaga», «Bottega Veneta», «D&G», «Dior», «Celine», «Chloe», «Christian Louboutin», «Ermenegildo Zegna», «Fendi», «Giorgio Armani», «Jimmy Choo», «Lanvin», «Marc Jacobs», «Misioni», «Miu Miu», «Moschino», «Prada», «Valentino», «Yves Saint Laurent» kimi məşhur ticarət nişanları daxildir. Gələn il aprelin 30-dək davam edəcək bu kampaniyada yalnız «MasterCard» kartlarının sahibləri iştirak edə biləcək.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» QSC 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 67 bankomatı, 420 POS-terminalı və 437 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR