Bank Of Baku

«Turanbank» islam bankçılığının tətbiqinə hazırlaşır

«Turanbank» islam bankçılığının tətbiqinə hazırlaşır
# 22 iyun 2011 07:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC islam bankçılığının tətbiqi ilə bağlı məsləhətçi şirkətlərin seçilməsi üçün elan etdiyi tenderin nəticələrindən asılı olaraq 2012-ci ilin əvvəlində yeni xidmətlərin tətbiqinə başlanılacaq. «APA-Economics»in məlumatına görə, bunu bankın Müşahidə Şurasının sədri Fuad Musayev bildirib.

F.Musayevin sözlərinə görə, hazırda Bəhreyn, Böyük Britaniya, Malayziya və digər ölkələrin məsləhətçi şirkətlərinin təqdim etdiyi təkliflər bankın Tender Komissiyası tərəfindən müzakirə edilir.

F.Musayev bildirib ki, tender işləri ilə yanaşı bankın nümayəndələri islam bankçılığının tətbiqi ilə bağlı mövcud qanunvericilik bazasını araşdırır: «Qanunvericilikdə bir sıra boşluqlar mövcuddur ki, bu da islam bankçılığının tətbiqinə mane olan amillərdən biridir».

Xatırladaq ki, təsisçisi 5 hüquqi və 21 fiziki şəxs olan «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyunun 1-nə bankın nizamnamə kapitalı 22 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR