Bank Of Baku

Azərbaycan BVF-nin yeni rəhbərinin seçkisində xanım Kristin Laqardın namizədliyini dəstəkləyir

Azərbaycan BVF-nin yeni rəhbərinin seçkisində xanım Kristin Laqardın namizədliyini dəstəkləyir
# 22 iyun 2011 08:22 (UTC +04:00)
Azərbaycanın Fondun rəhbəri namizədlərindən hansını dəstəkləyəcəyi ilə bağlı «APA-Economics»in sualını cavablandıran Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev qeyd edib ki, Azərbaycanın bu məsələdə mövqeyi artıq bəllidir: «Azərbaycan BVF-nin yeni icraçı direktoru seçkisində Kristin Laqarda dəstək verəcək. Artıq bununla bağlı Fondunun Direktorlar Şurasına məktub da göndərilib».

Qeyd edək ki, iyunun 28-də BVF-nin Direktorlar Şurasının qurumun yeri rəhbərini seçəcəyi gözlənilir. Hazırda bu vəzifəyə iki şəxs iddia edir ki, bunlardan biri K.Laqard, digəri isə Meksika Mərkəzi Bankının rəhbəri Aqustin Karstensdir.

Xatırladaq ki, BVF-nin sabiq başçısı Dominik Stross-Kan mayın 14-də Nyu-Yorkda zorakılıqda təqsirləndirilib. Hazırda D.Stross-Kan ev dustaqlığında saxlanılır və onun işi ilə bağlı istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR