Bank Of Baku

Avropanın ən zəngin ölkəsinin adı açıqlanıb

Avropanın ən zəngin ölkəsinin adı açıqlanıb
# 22 iyun 2011 08:00 (UTC +04:00)
Bakı - APA-Economics. Lüksemburq Avropa Statistika Agentliyinin (Eurostat) açıqladığı yeni Avropa İttifaqının ən varlı ölkəsidir. “APA-Economics”in xəbərinə görə, ən kasıb ölkə Bolqarıstan sayılıb.

Lüksemburq ümumi daxili məhsulun (ÜDM) adambaşına düşən hissəsinə görə Avropanın ən zəngin ölkəsi olub. Alıcılıq qabiliyyəti pariteti əsasında hesablanan bu göstərici Lüksemburqda Bolqarıstandan 6 dəfə çoxdur - 283% : 43%. Avrozonada isə sözügedən göstəricinin orta həddi 108%-dir.

Lüksemburqun ən zəngin ölkə olmasının səbəbi isə odur ki, qonşu dövlətlərin (Fransa, Almaniya, Belçika) bir çox vətəndaşları bu ölkədə işləsələr də, orda yaşamırlar.

İkinci yerdə Hollandiya (134%) gəlir. Üçüncü yeri isə 125%-lik Danimarka, İrlandiya və Avstriya bölüşdürür. Halbuki İrlandiya 2007-ci ildə Avropanın ən varlı ölkəsi idi. Lakin 2008-ci ildə bank sektorunda baş verən böhran və daşınmaz əmlak bazarındakı problemlər ölkəni 3-cü pilləyə salıb.

Mərkəzi və Şərqi Avropa ölkələri reytinq cədvəlinin sonunda qərarlaşıb: Rumıniya (45%), Latviya (52%), Litva (58%), Polşa (62%).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR