Bank Of Baku

Analitiklər: Avrozonanın fəaliyyətinə 2013-cü ildə son qoyula bilər

Analitiklər: Avrozonanın fəaliyyətinə 2013-cü ildə son qoyula bilər
# 22 iyun 2011 08:45 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozonanın fəaliyyətinə 2013-cü ildə son qoyula bilər. “APA_Economics”in xəbərinə görə, bu proqnozla Centre for Economics and Business Research (CEBR) şirkətinin analitikləri çıxış edib.

Onların fikrincə, avrozona üzvləri getdikcə regiondakı qonşularına maliyyə yardımı etmək arzularını itirirlər.

“Avronun möhkəmlənməsi və dövlət xərclərinin ixtisarı Cənubi Avropa ölkələrində iqtisadi bərpa prosesi yolunda ciddi maneələrdir. Avrozonanın ən böyük iqtisadiyyatı olan Almaniyada birliyin maliyyə çətinlikləri yaşayan ölkələrinə yardım məsələsində narazılıq artacaq” - deyə şirkətin hesabatında bildirilir.

CEBR-in icraçı direktoru Duqlas Makvilyams qeyd edib ki, həm Yunanıstan, həm də beynəlxalq ictimaiyyət bu mənasız mübarizədən bezəcək, bu isə avrozonanın süqutuna gətirib çıxaracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR