Bank Of Baku

Bakıda Mühasiblər və Auditorların Avrasiya Forumunu keçiriləcək

Bakıda Mühasiblər və Auditorların Avrasiya Forumunu keçiriləcək
# 22 iyun 2011 09:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sentyabrın 15-17-də Bakıda Mühasiblərin və Auditorların III Avrasiya Forumunu keçiriləcək.

Azərbaycan Auditorlar Palatasından «APA-Economics»ə verilən məlumata görə, «İqtisadiyyatda şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatı standartları və beynəlxalq audit standartlarının tətbiqinin rolu və əhəmiyyəti» mövzusu üzrə keçiriləcək forumda Avropa və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələri iştirak edəcəklər.

Forumda əsas mövzu ətrafında məruzələr dinləniləcək, Beynəlxalq Maliyyə Hesabatı Standartları və Beynəlxalq Audit Standartlarının tətbiqi və inkişafı üzrə məsələlər geniş müzakirə olunacaq, dəyirmi masalar təşkil ediləcək.

Qeyd edək ki, forum Azərbaycan İqtisadçılar İttifaqı, Auditorlar Palatası və Professional Maliyyə Menecerləri Assosiasiyası tərəfindən təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR