Bank Of Baku

«AFB Bank» internet bankçılıq xidmətini hüquqi şəxslər üçün də aktivləşdirib

«AFB Bank» internet bankçılıq xidmətini hüquqi şəxslər üçün də aktivləşdirib
# 22 iyun 2011 11:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AFB Bank» ASC fiziki şəxslər üçün tətbiq etdiyi internet bankçılıq xidmətini hüquqi şəxslər üçün də aktiv edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bank internet və telefon bankçılıq xidmətini fiziki şəxslər üçün 2010-cu ilin yanvarında tətbiq edib.

İndi bankın hüquqi şəxsləri də bütün bank xidmətlərindən, o cümlədən yeni carı hesabların açılması, nağdsız konvertasiya əməliyyatlarının aparılması, kredit üzrə ödəniş cədvəlinin izlənilməsi və digər bank xidmətlərindən istifadə edə bilərlər.

Qeyd edək ki, «AFB Bank» 2008-ci il noyabr ayında Azərbaycan Mərkəzi Bankdan lisenziya alıb və 2009-cu ilin fevral ayında fəaliyyətə başlayıb. Cari ilin iyunun 1-nə bankın aktivləri 133,035 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR