Bank Of Baku

«Turanbank» filial şəbəkəsini genişləndirir

«Turanbank» filial şəbəkəsini genişləndirir
# 22 iyun 2011 13:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin Xaçmaz filialı avqust ayında istifadəyə veriləcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın Müşahidə Şurasının sədri Fuad Musayev bildirib.

F.Musayevin sözlərinə görə, bununla yanaşı cari ilin sonuna kimi Bank respubliknın cənub zonasında da filial açmaq niyyətindədir: «Cənub zonasındakı filial Masallı və ya Lənkəran rayonunda yerləşəcək. Hazırda bununla bağlı seçim aparılır. Buna baxmayaraq, ilin sonunadək həmin zonada filialın açılması plana daxil edilib».

Xatırladaq ki, təsisçisi 5 hüquqi və 21 fiziki şəxs olan «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyunun 1-nə bankın nizamnamə kapitalı 22 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR