Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» yeni əmanət kampaniyasına başlayıb

«Azərbaycan Sənaye Bankı» yeni əmanət kampaniyasına başlayıb
# 22 iyun 2011 13:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC müştərilər üçün yeni əmanət kampaniyasına başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, manat, dollar və ya avroda əmanət hesablarının açılmasına görə müştərilərə «Visa Electron» debet kartı, həmçinin əmanət sahiblərinin istəyi ilə əmanət məbləğinin 95%-nə qədər kredit xətti açılaraq «Visa Classic» və ya «Visa Gold» kredit kartı hədiyyə edilir. Müştərilər sadalanan kartları əldə etməklə ticarət obyektlərindən endirimli alış-veriş etməyə imkan yaradan «Prestige Club» proqramının üzvü olurlar.

Həmçinin, əmanət sahiblərinə «Azərbaycan Sənaye Sığorta», «Excelsior Hotel», «Aura Fitness Center» və «ASIR Turizm»dən bir çox güzəştlər, eyni zamanda dünyanın 9000-dən çox mehmanxanasında 50% endirim təqdim edən «Hotel Express International Gold» kartı əldə etmək imkanı yaradılır.
Əmanətlərin əsas məbləğminə 6 ay müddətinə illik 8%, 12 ay müddətinə illik 11%, 24 ay müddətinə isə 12% səviyyəsində gəlirlik hesablanır.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə fəaliyyətə başlayıb. Cari ilin iyunun 1-nə bankın aktivləri 175,403 mln. manat, depozit portfeli 112,090 mln. manat, kredit portfeli 103,178 mln. manat, o cümlədən nizamnamə kapitalı 24 mln. manat təşkil edib. Bankın respublika üzrə 8 filialı, 1 şöbəsi, 32 bankomatı və 294 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR