Bank Of Baku

Azərbaycanda bələdiyyələrin əmlak vergisinin toplamasında yaranmış problemlər müzakirə edilib

Azərbaycanda bələdiyyələrin əmlak vergisinin toplamasında yaranmış problemlər müzakirə edilib
# 23 iyun 2011 07:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələrin vergi əməkdaşları ilə görüşlərə başlayıb. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, vergilər nazirinin əmrinə əsasən, belə görüşlərin Ərazi Vergilər İdarələrinin əhatə dairəsində olan şəhərlərdə, o cümlədən Sumqayıt, Quba, Şamaxı, Şirvan, Cəlilabad, Beyləqan, Göyçay, Qəbələ, Yevlax, Gəncə, Zaqatala və Şəmkirdə təşkili nəzərdə tutulub. Artıq Şirvan, Qəbələ, Gəncə, Zaqatala, Cəlilabad, Göyçay, Yevlax və Şəmkir şəhərlərində görüşlər keçirilib.

Görüşlərdə Vergilər Nazirliyinin vəzifəli şəxsləri və Ərazi Vergilər İdarələrinin rəhbərliyi iştirak edir. Bu tədbirlərin başlıca məqsədi yerli vergilər və ödənişlər haqqında qanunvericiliyin tətbiqində yaranmış müəyyən çətinliklər və problemlərin aradan qaldırılmasıdır. Belə ki, görüşlərdə mövcud problemlərin müzakirəsi, onların həllinə metodiki köməkliyin göstərilməsi və bələdiyyələrə yerli vergilərin və ödənişlərin düzgün hesablanmasında, tam və vaxtında ödənilməsində, eləcə də vergi qanunvericiliyinə tam və dəqiq riayət olunmasında köməklik göstərilməsi nəzərdə tutulur.

Xatırladaq ki, «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» qanunun tətbiq edilməsi barədə» prezidentin 2002-ci il 4 aprel tarixli fərmanına əsasən, qeyd olunan məsələlərdə metodiki rəhbərlik Vergilər Nazirliyinə həvalə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR