Bank Of Baku

Hər bir avropalı Yunanıstana yardım üçün 535 avro ödəyir

Hər bir avropalı Yunanıstana yardım üçün 535 avro ödəyir
# 23 iyun 2011 09:03 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstanın dövlət borcu Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. “APA-Econmics”in “The Warsaw Business Journal”a xəbərinə görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.

Bu göstərici “Open Europe” təşkilatından Rafael Rupaelin hesablamaları nəticəsində meydana çıxıb. Onun fikrincə, 2014-cü ildə bu rəqəm 1 450 avroya çata bilər.

Qeyd edək ki, Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu hazırda 300 mlrd. dolları ötüb və ÜDM-i 13,6% üstələyib. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. Ötən il mayın 2-də Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin maliyyə nazirləri Yunanıstana 110 mlrd. avro kredit ayrılması haqda razılığa gəlib. 3 il müddətinə verilən kredit iki hissəyə bölünəcək - Yunanıstan 80 mlrd. avronu Aİ-dən, 30 mlrd. avronu isə Beynəlxalq Valyuta Fondundan alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR