Bank Of Baku

IFC Bakıda Risklərin idarə edilməsi sahəsində ilkin təhsil və sertifikatlaşdırma Proqramının təqdimatını keçirib - FOTO

IFC Bakıda Risklərin idarə edilməsi sahəsində ilkin təhsil və sertifikatlaşdırma Proqramının təqdimatını keçirib - <font color=red>FOTO</font>
# 23 iyun 2011 10:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə Risklərin idarə edilməsi sahəsində ilkin təhsil və sertifikatlaşdırma Proqramının təqdimatı keçirilib. Proqram IFC-nin «Azərbaycanda və Orta Asiyada Maliyyə İnfrastrukturunun Gücləndirilməsi» layihəsi (ACAFI) çərçivəsində icra olunur.

«APA-Economics»in məlumatına görə, tədbirdə təqdimatla çıxış edən IFC-nin Azərbaycan üzrə layihə nümayəndəsi Teymur Heybətov qeyd edib ki, Risklərin idarə edilməsi sahəsində ilkin təhsil və sertifikatlaşdırma Proqramının icrasına IFC Qlobal Risk Peşəkarları Assosiasiyasını (GARP) cəlb edib və bu təşkilatın nümayəndələri 3 yerli tərəfdaşla müqavilə imzalayacaq, onlara təlim keçəcək və yerli tərəfdaşlar sonradan digərlərə risklərin idarə edilməsi sahəsində təlimlər keçəcək: «Yerli tərəfdaşlardan biri ilə artıq müqavilə imzalanıb – bu, Azərbaycan Bank Tədris Mərkəzidir, digər iki təşkilat isə Azərbaycan Risk Peşəkarları və Azərbaycan Mikromaliyyə assosiasiyalarıdır. Hazırda bu təşkilatlarla işlər yekunlaşmaq üzrədir».

T.Heybətov bildirib ki, yerli tərəfdaşlar öz öhdəsinə IFC ilə müqavilənin başa çatmasınadək 100 nəfərə təlim keçməsini götürəcək: «GARP yerli tərəfdaşları, onlar isə öz növbəsində təlimləri digərləri üçün keçəcək. Təlimlər ilkin olaraq ingilis və rus dillərində keçiriləcək. Lakin yerli tərəfdaşlar təlimləri Azərbaycan dilinə tərcümə edə bilər. Təlimlərdən sonrakı imtahanlar yazılı formada, 90 dəqiqə vaxt ərzində keçiriləcək ki, imtahan 60 sualdan və hər sual bir neçə cavab variantından ibarət olacaq».

Qeyd edək ki, Risklərin idarə edilməsi sahəsində ilkin təhsil və sertifikatlaşdırma Proqramı iki mərhələdən ibarət olacaq. Birinci mərhələ cari ilin martın 14-dən 2012-ci ilin yanvarın 24-dək davam edəcək ki, burada yerli tərəfdaşlara təlimlər, imtahan və s. keçiriləcək. Proqramın ikinci mərhələsi isə 2012-ci ilin yanvarın 24-dən 2015-ci ilin yanvarın 30-dək davam edəcək. Bu müddət ərzində yerli tərəfdaşlar öz öhdəliklərini yerinə yetirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR