Bank Of Baku

«Turan Leasing» fəaliyyətini aktivləşdirmək niyyətindədir

«Turan Leasing» fəaliyyətini aktivləşdirmək niyyətindədir
# 23 iyun 2011 14:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turan Leasing» şirkəti bazara sərfəli şərtlərlə məhsul təqdim etmək üçün investor axtarışındadır. Bunu «APA-Economics»ə açıqlamasında «Turanbank» ASC-nin Müşahidə Şurasının sədri Fuad Musayev bildirib.

F,Musayevin sözlərinə görə, «Turan Leasing»in investorlarla effektli əməkdaşlığı üçün müəyyən hazırlıq işləri görülməlidir ki, bunlar şirkətin ASC-yə çevrilməsi, korporativ idarəetmə standartlarının tətbiqi və s. ilə bağlıdır.

F,Musayev bildirib ki, Azərbaycanın lizinq bazarına hazırda 30% və daha yüksək faizlə məhsullar təklif etməklə, ona tələbat olmayacaq və bu səbəbdən daha aşağı faizlərin təklif edilməsi tələb olunur: «Bunun üçün də kənar investorların, maliyyə resusrlarının cəlb olunması nəzərdə tutulur. Məhz bazara sərfəli şərtlərlə məhsul təqdim etmək üçün «Turan Leasing» şirkəti ciddi institutsional inkişaf prosesi keçməlidir».

Qeyd edək ki, təsisçisi «Turanbank» ASC olan «Turan Leasing» şirkəti 2006-cı ildə yaradılıb. Hazırda şirkətin lizinq portfeli 0,5 mln. manat, nizamnamə kapitalı isə 100 min manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR