Bank Of Baku

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 66% artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 66% artıb
# 23 iyun 2011 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin ümumi həcmi 1 970,5 mln. ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycandan MDB ölkələrinə 1 145,0 mln. dollarlıq mal ixrac olunub, MDB ölkələrindən Azərbaycana isə idxalın dəyəri 825,5 mln. dollar təşkil edib. Nəticədə, 319,5 mln. dollarlıq müsbət saldo yaranıb.

«Ötən ilin yanvar-aprel aylarına nisbətən MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi 66%, o cümlədən ixrac 92,4%, idxal olunan malların həcmi 32,5% artıb», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsində 3 mln. dollarlıq mənfi saldo yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR