Bank Of Baku

«Unileasing»in yeni istiqraz emissiyası qeydiyyata alınıb

«Unileasing»in yeni istiqraz emissiyası qeydiyyata alınıb
# 24 iyun 2011 07:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Unileasing» QSC-nin faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 5 000 ədəd, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edir.

Yeni emissiyanın yerləşdirilməsinə «Unileasing» yaxın vaxtlarda başlayacaq. Sözügedən qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Xatırladaq ki, təsisçisi «Unibank» (66,67%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (33,33%) olan «Unileasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə şirkətin lizinq portfeli 32,292 mln. manat, nizamnamə kapitalı isə 1,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR