Bank Of Baku

«Azərsu» nizamnamə kapitalını formalaşdırır

«Azərsu» nizamnamə kapitalını formalaşdırır
# 24 iyun 2011 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) səhmləri 100% dövlətə məxsus olan «Azərsu» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 20 mln. ədəd, emissiyanın ümumi həcmi isə 400 mln. manat təşkil edir.

Qeyd edək ki, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılması məqsədilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su Cəmiyyəti yaradılıb. Daha sonra 2004-cü ildə müvafiq islahatlar və təkmilləşdirmələr çərçivəsində Abşeron Regional Səhmdar Su Cəmiyyəti «Azərsu» ASC-yə çevrilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR