Bank Of Baku

Gələn ay Azərbaycan Kredit İttifaqları Assosiasiyasının növbəti iclası keçiriləcək

Gələn ay Azərbaycan Kredit İttifaqları Assosiasiyasının növbəti iclası keçiriləcək
# 24 iyun 2011 08:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyul ayında Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) İdarə heyətinin növbəti iclası keçiriləcək. Bunu «APA-Economics»ə AKIA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, iclasda AKİA-nın bu ilin yanvar-iyun ayları üzrə fəaliyyətinin yekunları, həmçinin kredit ittifaqlarının əsas maliyyə göstəriciləri üzrə hazırlanan 6 aylıq
hesabat müzakirə ediləcək.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Quruma 78 kredit ittifaqı üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR