Bank Of Baku

«Atəşgah» sığorta şirkəti «Arxayın valideyn» məhsulu üzrə növbəti sığorta ödənişini edib

«Atəşgah» sığorta şirkəti «Arxayın valideyn» məhsulu üzrə növbəti sığorta ödənişini edib
# 24 iyun 2011 10:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkəti «Arxayın valideyn» məhsulu üzrə növbəti sığorta ödənişini həyata keçirib.

Şirkətin baş ofisindən APA-Economics»ə verilən məlumata görə, ötən ilin dekabr ayında
bu məhsul üzrə sığorta polisini əldə edən 13 yaşlı oğlanın Mingəçevirdə yaşayan valideynlərinə 96 manat həcmində sığorta ödənişi təqdim edilib.

Qeyd edək ki, 13 yaşlı oğlan velosipeddən yıxılmaqla çoxlu sayda, o cümlədən dental travmalar alıb.

«Arxayın valideyn» «Atəşgah» sığorta şirkətinin müştərilərinə təklif etdiyi üç («Arxayın Valideyn», «Arxayın Sakin» və «Arxayın Sürücü») xüsusi sığorta məhsulundan biridir. Bu sığorta məhsulu üzrə müştəri öz övladını yanıq, donma, suda boğulma, partlayış, elektrik cərəyanı, ildırım, gün vurması, yıxılma və digər hadisələr nəticəsində baş verən bədən xəsarətləri, o cümlədən əzilmə, yaralanma, sınıqlar, oynaqların çıxığı, həmçinin bədən üzvlərinin donması, onurğa sütununun sınıqları, görmə qabiliyyətinin və nitqin qismən və ya tam itirilməsi hallarına görə risklərdən sığortalayır.

Xatırladaq ki, «Atəşgah» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 3,7 mln. manat təşkil edir. Şirkətin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR