Bank Of Baku

Azərbaycanda xidmətlər indeksi kəskin artıb

Azərbaycanda xidmətlər indeksi kəskin artıb
# 24 iyun 2011 11:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2011-ci ilin may ayı üzrə 107,4% təşkil edib. “APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatı əsasında apardığı hesablamalara görə, bu göstərici aprellə müqayisədə 26,3 faiz bəndi azalıb.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəriciyə bölünməklə hesablanır. İndeksin artması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin aylıq artım tempinin artmasından xəbər verir. Eyni zamanda indeksin 100%-dən yüksək olması isə hesabat ayı ərzində xidmətlərin həcminin əvvəlki ayla müqayisədə artmasını göstərir. Belə ki, aprel ayında əhaliyə 332,5 mln. manat həcmində pullu xidmətlər göstərilibsə, may ayında bu məbləğ 357,1 mln. manata enib. Müqayisə üçün qeyd edək ki, mart ayında bu göstərici 410,6 mln. manata bərabər olub.

Xidmətlər indeksinin 100%-dən yüksək olması və əvvəlki aya nisbətən artması makroiqtisadi baxımdan müsbət amillərdir və bu sahədə canlanmadan xəbər verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR