Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycan üzrə yeni biznes-planı təsdiq edib

Asiya İnkişaf Bankı Azərbaycan üzrə yeni biznes-planı təsdiq edib
# 24 iyun 2011 12:20 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə AİB-in Azərbaycandakı daimi nümayəndəliyindən bildirilib.

«Yeni biznes-plana əsasən, 2011-ci il ərzində AİB Azərbaycana 340 mln. ABŞ dollarına yaxın kredit ayıracaq», - deyə nümayəndəlikdən bildirilib.
Biznes-plana uyğun olaraq, AİB nəqliyyat, enerji, su təminatı, kanalizasiya, şəhərdaxili xidmət sektorlarını dəstəkləməkdə davam edəcək. Nəqliyyat sektorunda AİB Masallı-Astara yolunun maliyyələşdirilməsi üçün yeni kreditlər ayıracaq. Bank həmçinin Bakı ilə Gürcüstan arasındakı əsas magistral yolların maliyyələşdirilməsini də nəzərdən keçirir. Bakı ilə Gürcüstan arasındakı magistral yollar Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının əsas dəhlizi hesab edilir.

Bundan başqa, AİB Azərbaycanda enerji sektoru ilə bağlı investisiya proqramı milli paylama şəbəkəsinin gücləndirilməsi və yenilənməsini, enerji təminatı ilə bağlı etibarlılığının artırılmasını, paylama zamanı itkilərin azaldılmasını, enerji sektorunun maliyyə, idarəetmə və əməliyyat sahələrinin təkmilləşdirilməsini nəzərdə tutur.

Eyni zamanda şəhərdaxili xidmətlər sahəsində AİB Azərbaycan hökumətinə ikinci dərəcəli şəhərlərdə su təminatı və kanalizasiya xidmətlərinin təkmilləşdirilməsinə yardım göstərməkdə davam edəcək. AİB şəhərdaxili nəqliyyat layihələrinin maliyyələşdirilməsini də nəzərdən keçirmək niyyətindədir.
«Növbəti ildə isə AİB Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyasının hazırlanması planlaşdırır», - deyə nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir. AİB 10 illik (1999-2009) əməkdaşlıq dövrü ərzində Azərbaycana 600-700 mln. ABŞ dolları civarında vəsait, eləcə də 11,5 mln. dollar qrant ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR