Bank Of Baku

Avropada aktivlərin güzəştli satışı başlayıb

Avropada aktivlərin güzəştli satışı başlayıb
# 24 iyun 2011 12:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Avropada aktivlərin son illərdə ən böyük güzəştli satışı başlayıb. “APA-Economics”İn xəbərinə görə, borc içərisində olan ölkələr bu yolla vəsait cəlb edərək öz problemlərini həll etmək istəyirlər.

Bu sahədə ən çox fəallığı Yunanıstan hökuməti nümayiş etdirir. Yunanıstan ölkənin ən böyük telefon şirkəti «Hellenic Telecommunications Organization»un səhmlərinin 10%-ni «Deutsche Telekom»a satıb. Yunanıstan hökuməti bu səhmləri almanlara xeyli aşağı qiymətə, hökumətin 2009-cu ildə ödədiyi qiymətdən 3,5 dəfə ucuz satıb.

Ekspertlərin fikrincə, bu alqı-satqı ümumilikdə 70 mlrd. dollara ehtiyacı olan Yunanıstan, İrlandiya və başqa Avropa ölkələrinin qarşılaşdığı problemlərin miqyasını və nə qədər ciddi olduğunu göstərir. Belə ki, 330 mlrd. avro borcu olan Yunanıstan 2015-ci ilədək 50 mlrd. dollarlıq əmlakını satışa çıxarıb. Bu proqram çərçivəsində məşhur Rodos adasındakı qolf meydançası, pullu yollar, hökumətin «Public Gas» şirkətindəki payı, Avropanın ən böyük oyun biznesi şirkəti olan «Opap»dakı 34%-lik payı satılacaq.

Oxşar problemləri yaşayan İspaniya «Sociedad Estatal Loterias» şirkətindəki 30%-lik payını təqribən 6 mlrd. avroya satışa çıxarıb. Bundan başqa, hökumət ölkənin aeroportlarını idarə edən «Aena» şirkətinin səhmlərinin yarısının, eləcə də ölkənin iki ən böyük aeroportu olan Madrid və Barselonanın idarə olunması üçün müqavilələrin satışından 8 mlrd. avro qazanmaq niyyətindədir. Amma ekspertlər investorların Avropadakı aktivlərə o qədər də maraq göstərmədiklərini bildirirlər. «Ernst & Young» şirkətinin eksperti Mark Lermitt bildirib ki, investorları və kapitalı indi başqa regionlar maraqlandırır: «Avropaya investisiya axınının pik dövrü yəqin ki, artıq keçib, ancaq bu təkliflər Avropanın öz şirkətləri üçün maraqlı ola bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR